Ançelotti azarkeşləri sevindirdi: "Benzema indi özünü yaxşı hiss edir"

14:17 9 May 2015

İspaniya La Liqasının növbəti turunda bu gün "Valensiya" ilə üz-üzə gələcək "Real" şad xəbər alıb.
 


SportArena.az xəbər verir ki, bir müddətdir zədəli olan Kərim Benzema artıq heyətə qatılıb. Fransız futbolçunun “Valensiya”ya qarşı oynamağa hazır olduğu deyilib. Onun Çempionlar Liqasında "Yuventus"la yarımfinal mərhələsinin cavab oyununda da meydana çıxacağı dəqiqləşib.
Bu barədə mətbuata Madrid klubunun baş məşqçisi Karlo Ançelotti məlumat verib. Baş məşqçi təcrübəli forvardla bağlı bunları deyib:n"Benzema indi özünü yaxşı hiss edir. Onun ehtiyat oyunçular skamyasında oturmasına heç bir maneə yoxdur”.

 

Qeyd edək ki, Benzema aprelin ortalarından rəsmi matçlara çıxmırdı. "Real" - "Valensiya" oyunu bu gün Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti