"Neftçala"dan reaksiya: "Haqqımızı tələb etməliyik"

14:42 9 May 2015

Xəbər verdiyimiz kimi, "Neftçala" AFFA Lisenziyalaşdırılma Komisiyyasının qərarından sonra Premyer Liqaya buraxılmadı.
 
 
 
SportArena.az olaraq, "Neftçala"nın baş məşqçisi Kamal Quliyevlə əlaqə saxladıq və məsələyə münasibətini öyrəndik:
 
 
"Bu qərar mənə və komanda üzvlərinə çox pis təsir edib. Premyer Liqaya vəsiqə qazanan komandalar bizdən üstün futbolda oynamırlar ki, adam bu qərara haqq qazandırsın. Biz 1 ildir ki, gərgin məşqlər, istirahətsiz hazırlaşırıq ki, çempion olaq və Premyer Liqaya çıxaq. Məsələ ilə bağlı şikayət edəcəyik. Yerimizdə oturub gözləyə bilmərik. Haqımızı tələb etməliyik. Sonra deyirlər ki, futbolumuz inkişaf etmir. Komandamızda olan belə futbolçuları məhv ediriksə, futbol da olmayacaq sözsüz".
Cavid ƏHMƏDOĞLU


Digər xəbərlər

Xəbər xətti