“Kəpəz”in prezidenti: "İnanırıq ki, yenə də bizi tək qoymayacaqlar"

15:11 9 May 2015

Xəbər verdiyimiz kimi, "Kəpəz" AFFA-nın Lisenziyalaşdırma Komissiyasının qərarından sonra Premyer Liqada oynamaq üçün lisenziya aldı.

 

SportArena.az olaraq, "Kəpəz"in prezidenti Mehman Allahverdiyevlə əlaqə saxlayıb, xəbərə münasibətini öyrəndik:

 

"Bu qərar bütün gəncəliləri və bizim komandanın azarkeşlərini sevindirdi. Həqiqətən də Gəncəyə böyük futbolun qayıtması çox gözəl haldır. İdmana və futbola diqqət, qayğıya görə ölkə başçısına öz minnətdarlığımızı bildiririk. AFFA hər zaman bizim kluba kömək edib və problemlərimizi həll etməkdə yardımçı olub. İnanırıq ki, yenə də bizi tək qoymayacaqlar. İndi qarşıdakı planlar haqqında düşünməliyik. İstəyimiz odur ki, "Kəpəz" əvvəlki günlərini qaytarsın".

Cavid ƏHMƏDOĞLU


Digər xəbərlər

Xəbər xətti