UEFA "Beşiktaş"ı cəzalandırdı: 5 milyon 500 min avrodan keçməli olacaq

15:31 9 May 2015

UEFA Türkiyənin "Beşiktaş" klubunu "Fair pley" qaydalarına əməl etmədiyi üçün cəzalandırıb.


 
SportArena.az
xəbər verir ki, bu səbəbdən UEFA İstanbul təmsilçisini 5 milyon 500 min avro məbləğində cərimələnib. Bu məbləğin 1 milyon 500 minini növbəti 3 mövsüm ərzində "Beşiktaş" ödəməlidir. İstanbul təmsilçisi UEFA-nın qoyduğu şərtlərə əməl edəcəyi təqdirdə, geridə qalan 4 milyon avroluq cəza ləğv olunacaq.
 
Bundan başqa, "Beşiktaş" avrokuboklarda 2015/2016 mövsümündə çıxışı zamanı 25 nəfərlik sifariş ərizəsinə 22 oyunçu, 2016/2017 mövsümündə isə 23 futbolçu daxil edə biləcək.


Digər xəbərlər

Xəbər xətti