"Neftçala"nın prezidenti Famil Səfiyev məlum qərara belə şərh verib: "Hələ lisenziyalaşdırma ilə bağlı işlər yekunlaşmayıb. Yəni işlər qurtarmayıb və davam edir. Tam qaydasına düşəndən sonra məlumat veriləcək. Bugünkü iclasda lisenziya verilmədi. Bildirilməyib ki, "Neftçala" Premyer Liqada iştirak etməyəcək. Bəzi səbəblərə görə ilk dəfədən, yəni ilk cəhdə alınmadı. Biz də bu səbəbləri aydınlaşdırırıq. Əlbəttə ki, şikayət etmək fikrimiz var. Çünki mübarizəmizi sona qədər aparacağıq. Biz yalnız çempion olub, elitaya çıxmaq istəyirik. Başqa niyyətimiz yoxdu. 2015/16 mövsümündə "Neftçala"nın Premyer Liqada çıxış edəcəyinə inanıram".
"Qaradağ Lökbatan"ın prezidenti Tahir Mustafayevin isə bu qərara münasibəti belə oldu: "Biz hələ ki, lisenziyalaşdırmanın üzərində işləyirik. Əlbəttə ki, şansımız var. Yenə deyirəm, sırf bu işin üzərində çalışmaq üçün lisenziya söhbətini yaratmışıq. İnşallah, yaxşı olmalıdı. Çempionatda da gücümüzü vermişik ki, yer tutaq. Lisenziyamız hələ ki yoxdu. Ancaq almaq istəyirik. Fakt odu ki, lisenziya məsələsini bir kənara qoymamışıq. Əsas budu. Var gücümüzlə məqsədimizə çatmaq üçün səy göstərəcəyik. Düşünürəm ki, yaxşı olacaq".
Qeyd edək ki, lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.futbolinfo.az