"Neftçi" ilə "Qarabağ"ın qarşılaşacağı final oyunundan bir gün əvvəl hər iki klubun veteranları arasında yoldaşlıq oyunu leçiriləcək.
SportArena.az xəbər verir ki, Peşəkar Futbol Liqasının təşəbbüsü ilə keçiriləcək qarşılaşmada 19 il öncə baş tutmuş finalın iştirakçıları - "Neftçi" və "Qarabağ"ın veteranları yenə də meydana çıxacaqlar.
PFL bununla bağlı jurnalistləri bir gün öncədən, iyunun 2-də Qəbələyə aparacaq.