Dünyanın ən güclü boksçusu: “O, qorxaq və bədbəxtdir”

18:47 9 May 2015

Bütün dünyanın maraqla gözlədiyi və "Əsrin döyüşü" adlandırdığı döyüş barədə söhbətlər davam edir.



SportArena.az xəbər verir ki, keçirdiyi 49 döyüşün hamısında qələbə qazanan məğlubedilməz boksçu Floyd Meyuezer son çıxdığı döyüşdə Menni Pakyao ilə döyüşndən danışıb. Bu barədə “Associated Press” xəbər yayıb.

Xəbərdə bildirilir ki, görüşün hakimlərinin yekdil qərarı ilə (118-110, 116-112, 116-112) qalib seçilən amerikalı boksçu rəqibinin matçdan sonra sağ çiynindən zədəli olması ilə bağlı irəli sürdüyü iddiaları gülünc hesab edib. 

“Pakyaonun zədəli olmağını qətiyyən qəbul etmirəm. O sürətli idi. Sağ və sol əlləri ilə sürətli və güclü zərbələr endirirdi. Mən vvəl onun döyüşə hazır olduğunu desəm də, bu belə deyil. O, bədbəxt və qorxaqdır. O sözlərindən sonra ona olan hörmətim də itdi. Əgər uduzursansa, bunu qəbul etməlisən və deməlisən ki, Meyuezer, sən ən yaxşı boksçusan”, - deyə o bildirib.

Xatırladaq ki, üç dünya çempionu titulu oynanıldığı əsrin döyüşündə amerikalının qonorarı 150 milyon dollar, Fillipin boksçusunun qonorarı isə 100 milyon dollar həcmində müəyyənləşmişdi.


Digər xəbərlər

Xəbər xətti