Topaz Premyer Liqasının XXXIII turuna bu gün keçirilən “Bakı” – AZAL oyunu ilə yekun vuruldu. Bu qarşılaşma AZAL-ın 2-0 hesablı qələbəsi ilə başa çatdı.
Tərlan Əhmədov (AZAL-ın baş məşqçisi): “İlk növbədə komandamı qələbə münasibəti ilə təbrik edirəm. Düşünürəm ki, oyun nəticə baxımından çox da vacib deyildi. Lakin fasilədən sonra qələbə həvəsindəydik. Əlimizdə olan heyəti bu oyuna köklədik. Düzdür, mən son 1 həftədə komandanın yanında ola bilmədim. Pro kurslarında iştirak etdiyim vaxt köməkçi məşqçilər komandanı oyuna yaxşı hazırlaya bilmişdilər. İndi əsas məqsəd komandanı qarşıdakı oyuna hazırlamaqdır”.