Böyükağa Hacıyev: "Arif Əsədov "istefa, istefa" sədaları haqqında düşünsün"

21:55 9 May 2015

Son günlər "Neftçi"də baş verən hadisələr bütün futbolsevərlərin müzakirə mövzusuna çevrilib. Komanda son turda 4:0-lıq məğlubiyyətlə "Neftçi" fanatlarını da özündən çıxartdı. Azarkeşlərin bəziləri "istefa, istefa" çağıqdı, bəziləri oyunu yarımçıq tərk etdi, bəziləri də haqsız olaraq, həbs edildi.

 

 

SportArena.az olaraq, elə bir insanla əlaqə saxlayıb, bu hadisələrə münasibət öyrəndik ki, bəlkə də həmin şəxsdən başqa heç kim "Neftçi" belə yaxşı analiz edib, nəsə deyə bilməz. Bu insan Böyükağa Hacıyevdir. Həmin Böyükağa Hacıyev ki, ilk dəfə Avropada bizə böyük sevinclər bəxş etdi. İlk dəfə olaraq, onun sayəsində biz Avropada mərhələ keçməyin, qələbələrin dadını çıxartdıq. Amma indi "Neftçi"ni hər kəs fitə basır. Bütün bunlara Böyük Hacıyev belə şərh verdi:

 

 

"Hər məşqçinin futbola öz baxışı var. Mən "Neftçi"ni əvvəldən yığanda öz futbol fəlsəfəmi işə saldım və bu da bizim komandaya uğur qazandırdı. Avroliqada yaxşı nəticə, eyni zamanda daxili çempionatda çempionluq və kuboklar qazana bildik. Bu mənim görmək istədiyim "Neftçi" idi. Amma bu gün "Neftçi" əvvəlki günlərini heç də xatırlatmır. Yəqin ki, bunu açıq-aşkar hər kəs hiss edir. Mən demirəm Arif Əsədov səhv iş görür, mənsə düz. Xeyir, ola bilər mən düz işləmirdim. Amma vəziyyətin nə yerdə olduğunu hər biriniz görürsünüz. Bu gün "Neftçi"nin hər oyununda azarkeşlər "istefa, istefa" çağırırlar. Komandanın nəticəsinə kim cavabdehdi?! Əlbətdə ki, baş məşqçi. Arif Əsədov "istefa" şuarları haqqında düşünsün. Mənim Avroliqada böyük uğurlar qazandığım futbolçuları bu gün eşitdim ki, dubla göndəriblər. Ordan da satışa çıxaracaqlar. Bəs onların yerində kim oynayacaq? Yəqin göndərilən futbolçularn yerinə kimisə tapıblar ki, onları indidən qovurlar da. Yoxsa özləri oynayacaq futbol?  

Mən komandanın problemlərini necə həll oluna biləcəyini dəqiq deyə bilmərəm. Çünki, komandanın içində deyiləm. Bunu Arif Əsədovun özündən soruşsanız, yaxşı olar. Qaldı ki, mənim "Neftçi"yə qayıda bilməyimə, bu mümkün olan bir şey deyil".

Cavid ƏHMƏDOĞLU


Digər xəbərlər

Xəbər xətti