"Neftçi"dən ayrılandan sonra işsiz qalan Böyükağa Hacıyev gələn mövsümdən işə başlaya biləcək.
SportArena.az saytına danışan təcrübəli çalışdırıcı Böyükağa Hacıyev də bunu təsdiqlƏdi:
"PRO kateqoriyasını almışam. Qarşıdakı mövsümdə baş məşqçi kimi çalışmağa çox yaxınam. Komandanın adını demirəm, hələlik danışıqlar gedir. Amma onu deyim ki, Premyer Liqamızdan güclü çempionatda işləyəcəm. İnşallah, həmin vaxt əlaqə saxlayarsız, sizə komandanın adını deyəcəyəm".
Cavid ƏHMƏDOĞLU