Bu gün Sərhədçi idman olimpiya kompleksində keçirilən cüdo üzrə "Heydər Əliyev" adına Böyük dəbilqə turnirində 73-kiloda kişilər arasında yarışda "Neftçi İdman Klubu"nun cüdoçusu Rüstəm Orucov finalda qalib gələrək qızıl medala sahib çıxıb. Qeyd edək ki, Böyük dəbilqə turnirində Azərbaycan yığma komandası 2 qızıl medal qazanıb və hər iki idmançı "Neftçi İdman Klubu"nu təmsil edir.