"Dnepr"in futbolçusu Türkiyə klubunun maraq dairəsində

11:19 10 May 2015

“Fənərbaxça” klubu “Dnepr”in hücumçusu Seleznyovu heyətinə cəlb etməyə hazırlaşır.



SportArena.az xəbər verir ki, İstanbul təmsilçisinin nümayəndələri artıq bunun üçün Ukrayna klubuna rəsmi müraciət ünvanlayıblar. 29 yaşlı hücumçu cari mövsüm Ukrayna Premyer Liqasında 19 oyunda 8 dəfə fərqlənib.


Xatırladaq ki, UEFA Avroliqanın yarımfinal mərhələsində oynayan “Dnepr”in səfərdə “Napoli” ilə 1:1 bərabərə qaldığı oyunda ukraynalıların cavab qolunu məhz Seleznyov vurub.


Digər xəbərlər

Xəbər xətti