"Qəbələ"nin yarımmüdafiəçisi Aleksey Qayın müsahibəsi
- "Sumqayıt" üzərində qazandığınız qələbə ilə bağlı nə deyə bilərsiniz?
- İndi bizim oyunumuza qiymət vermək çətinir. Amma hesab baxımından qalib gəlməyimiz yaxşı oldu. Rəqibə oynamaq imkanı vermədik. Lakin səhvsiz çıxış etdiyimizi deyə bilmərəm.
- "Sumqayıt"ı belə uğurla neytrallaşdırmağa necə nail oldunuz?
- Komandadakı intizamlı oyun sayəsində. Çox dəqiq oynadıq. Roman Qriqorçukun rəhbərliyi altında müasir futbol sərgiləyirik. Uşaqlar bir-birini çox gözəl başa düşürlər.
- "Qəbələ"nin mövsümü medalçılar sırasında bitirməsi nə dərəcədə realdır?
- İndidən nəsə proqnoz vermək istəmirəm. Hamımız belə bir nəticə qazanmağı çox istəyirik. Sonadək mübarizə aparmaq lazımdır. Sonda necə olacağını görəcəyik.
- Qarşıda sizi "İnter"lə oyun gözləyir...
- Çətin olacaq. Rəqibimiz çempionluğa oynayır. Amma biz yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
- "Qəbələ"nin Avropa Liqasındakı hədəfi nədən ibarət olacaq?
- İndi proqnoz vermək çətindir. Komandamız ikinci dəfə Avroliqada təmsil olunacaq. Ümid edirəm ki, hər şey yaxşı olacaq.
- "Dnepr"in Avroliqadakı çıxışını izləyirsiniz?
- Bəli. Komandanı yarımfinala çıxması münasibətilə təbrik edirəm. Fikrimcə, səfərdəki heç-heçədən sonra "Dnepr" finala da çıxa bilər.azerisport