Ernest Nfor: "Hesabın böyük olması özümüzü cilovlamağımıza mane olurdu"

13:06 10 May 2015

Premyer Liqanın 33-cü turunda Bakı “İnter”inə  məğlub olan  (0-4) “Neftçi” klubunun hücumçusu Ernest Nforun müsahibəsi:
 
 
 
- Matçdan öncə “İnter”in sizi  belə sürprizlə qarşılayacağını  gözləyirdiniz?
- Bu futboldur. Belə hesabla qələbə də qazanam bilərsən, məğlubda ola bilərsən. Bəzən istəmədiyin nəticələrlə barışmalı olursan. Təbii ki, heç birimiz istəməzdik bu şəkildə məğlub olaq. Amma artıq gecdir. Heç nəyi dəyişə bilmərik.
 
 
- Ümumiyyətlə oyun səncə niyə belə alındı?
- Bir şeyi bilirəm ki, mən əlimdən gələni etdim ki, komandamız qələbə qazansın. Düşünürəm ki, oyunumda pis alınmadı. Sadəcə komanda şəkilində yaxşı mübarizə apara bilmədik. Matç ərzində bi çox səhvlərimiz oldu. Ona görə də məğlubiyyətlə barışmalıyıq.
 
 
- 3-0 hesabı ilə geridə olduğunuz zaman  iki penalti qaçırdınız.
-  Qismət belə imiş. Biz də istəməzdik belə olsun. Hesab arasındakı fərqi minumuma endirək üçün əlimizə düşən şansdan yararlana bilmədik. Əvəzində isə rəqib növbəti topu qapımızdan keçirdi.  Sanki bu gün komandamız tilsimlənmişdi. Bəlkə də, hesabın böyük olması özümüzü cilovlamağımıza mane olurdu.
 
 
- Səncə matçın baş hakimi göstərdiyi  hər iki qırmızı kartda haqlı idi?
- Bu onun qərarıdır.  Verdiyi qərarların doğru və ya yalnış olduğunu mühakimə etmək mənə düşməz. Baş hakim həmin an  epizodu necə görursə, ona uyğun da qərar verir.
 
 
- Amma “Neftçi”nin bəzi futbolçuları baş hakim Mirhüseyin Seyidova qırmızı kart verdiyi zaman etiraz edirdilər.
- Dediyim kimi  mən hakimi mühakimə edə bilmərəm. Yəqin ki, Mirhüseyinin kobudluq etdiyini düşündü və qırmızı kart verdi. Dünyanın bütün çempionatlarında, böyük oyunlarda belə hadisələr olur. Çünki komandalar ancaq qələbəyə köklənir və nəticə ürəkaçan olmayanda sinirlərə sahib olmaq olmur.
 
 
- Səncə bu nəticədən sonra komandada dəyişikliklər olacaq?
- Biz sadəcə bu gündən sonra buraxdığımız səhvlər üzərində işləməyə başlayacağıq. Hələ qarşıda iki oyunumuz var. Bu matçlarda qələbə qazanıb azarkeşlərimizə “İnter”lə matçdakı  nəticəni unutdurmalıyıq. Daha sonra bütün diqqətimizi Azərbaycan kubokunun finalındakı “Qarabağ”la oyuna yönəldəcəyik.sportal.az


Digər xəbərlər

Xəbər xətti