Yaşar Seyidov: “Bunu bacarsaq, “Bakı” Premyer Liqada qalacaq”

14:22 10 May 2015

“AFFA gələn mövsüm Premyer Liqamızda iştirak etmək hüququ qazanan klubların adını açıqladı. “Bakı” klubu bu siyahıda yoxdur. Səbəb isə odur ki, biz müvafiq sənədləri Lisenziyalaşdırma Komitəsinə təqdim etməmişik”.



SportArena.az xəbər verir ki, bu sözləri qol.az-a açıqlamasında “Bakı” klbunun icraçı direktoru Yaşar Seyidov deyib.

Klub rəsmisi qeyd edib ki, mövcud duruma baxmayaraq “Bakı”nın yeni 
mövsümdən Premyer Liqada iştirakı mümkündür: " Lisenziyalaşdırma üzrə qaydaların beş tələbi var. Bunlar idman, kadr və inzibati , infrastruktur,  hüquqi və maliyyə meyarlarıdır. Biz bununla bağlı bütün sənədləri təqdim etmişik. Sənədlər yoxlanılarkən müəyyən olunub ki, hüquqi meyarlarda 50-ci, maliyyə meyarlarında isə 56-cı maddədə çatışmazlıqlar var. Bizə bildiridilər ki, qısa müddətdə bu məslələri həll etməlisiniz.  AFFA-nın qərarından sonra 10 gün müddətində Apelyasiya Komitəsinə şikayət edə bilərik.  Klub prezidenti Hafiz Məmmədova bu haqda məlumat vermişik. Çalışacağıq ki, 10 gün ərzində tələb olunan sənədləri təqdim edək. Bunu bacarsaq, Lisenziyalaşdırma Komitəsi yenidən “Bakı”nın məsələsinə baxacaq. 

Həyatda reallaşmayan məsələ yoxdur. Hər şey maliyyə ilə bağlıdır. Müəyyən problemlər var ki, onları həll etsək, lisenziya ala biləcəyik. Bunun üçün əməli işə keçməliyik”.

Y.Seyidov lisenziya ilə bağlı sənədləri qaydasında olan birinci divizion təmsilçisi  “Kəpəz” və “Zirə”nin artıq Premyer Liqaya hazırlaşamasına da münasibət bildirib: “Sözsüz ki, biz lazım olan sənədləri təqdim edə bilsək, onda həmin komandalardan birinin əvəzinə “Bakı” Premyer Liqada iştirak etmək hüququ qazanacaq. İdman prinsiplərinə əsasən daha yüksəkdə duran komanda Premyer Liqada çıxış edir”.


Digər xəbərlər

Xəbər xətti