Hacı İbrahim Nehrəmli: “Çempion olan məşqçini niyə işdən çıxaraq ki?”

20:54 10 May 2015

“Əvvəldən də demişdim ki, ya birinci olacağıq, ya da olmayacağıq. İndi artıq avrokuboklar haqda düşünürük”. Müsahibəsində bu sözləri futzal üzrə ölkə çempionu adını qazanan “Xəzər adaları”nın prezidenti Hacı İbrahim Nehrəmli deyib.

 

Tanınmış iş adamı növbəti hədəflərinin Avropada uğur qazanmaq olduğunu bildirib: “Hədəfimiz gələn il UEFA kubokunu qazanmaqdı. İnanıram ki, buna nail olacağıq. Yaxşı oyunçularla güclənməliyik. İşimizi düzgün qurmal və qələbə qazanmalıyıq. Kuboku qazanacağımıza inanıram”.

Hacı İbrahim Nehrəmli heyətdə baş verəcək dəyişikliklər haqda söyləyib: “Gələnlər də olacaq, gedənlər də. Bura qədər gəldik. Amma indi daha da irıəli getməliyik. Avropada biabır ola bilmərik. Heyət güclənməlidir. Oktyabrda daha güclü oyunçular transfer edəcəyik. Başladığımız işdə hər zaman birinci olmaq üçün çalışırıq”.

Klub prezidenti baş məşqçi məsələsinə də toxunub: “Baş məşqçi vəzifəsində qalır. Çempion olan məşqçini niyə işdən çıxaraq ki? Elnur Qəmbərov komandanı bura kimi gətirib. Bundan sonra da yolumuza onunla davam edəcəyik. Məşqçimiz gözəl insandı. Axıra kimi bizimlədi. Uefa kubokunu qazanana kimi yanımdadı”.

Hacı İbrahim Nehrəmli klub büdcəsinin artılacağını qeyd edib: “Buna kimi büdcəmiz 1 milyonm idi. Bundan sonra büdcəni 3 milyona qədər qaldıracağıq. Nə qədər pul qoysaq, bu, ölkəmizin adı, imicidir”.

“Xəzər adaları”nın prezidenti “Xəzər adaları”nın “Elit raund”u müvəffəqiyyətlə adlayacağı halda, “Dördlər finalı”nın Bakıda keçirilmə ehtimalına da toxunub: “Bu haqda düşünürəm. İlk mərhələləri xaricdə keçirəcəyik. Amma növbəti mərhələlərdən biri Bakıda olacaq”.

Sonda isə Hacı İbrahim Nehrəmli klubdakı maliyyə problemlərinə toxunub: “Bu gün bütün dünyada maliyyə problemi olur. Bizdə də kiçik sıxıntılar var idi. Amma həll edirik. Problemsiz həyat maraqsız olur. 1 milyonluq büdcəmiz var. Bunun 900 minini vermişik. Yalnız 100 min də axsamışıq. Bir aylıq maaşları qalıb. Onu da qarşıdakı günlərdə verəcəyik. Artıq klubun yeni büdcəsi təsdiqlənib”.futbolxeber.az


Digər xəbərlər

Xəbər xətti