Prostat vəzinin giperplaziyası ilə bağlı əməliyyat olunan əfsanəvi braziliyalı futbolçu Pele xəstəxanadan evə buraxılıb.
SportArena.az xəbər verir ki, Pele mayın 7-də San-Pauluda yerləşən Albert Eynşteyn adına klinikada əməliyyat olunub.
Həkimlər 74 yaşlı veteran futbolçunun həyatı üçn təhlükənin olmadığı qənaətinə gəliblər və onun ambulator şəraitdə müalicəsini məqbul hesab ediblər.