"Bayern Munchen"in hazırki baş məşqçisi Xosep Qvardiola növbəti mövsümdən, böyük ehtimalla İngiltərə Premyer Liqada çalışacaq. Onun "Manchester City" ilə ilkin razılığa gəldiyi bildirilir.
SportArena.az xəbər verir ki, Fransanın məşhur "BeİN Sports" telekanalı artıq razılaşmanın bəzi detallarını da açıqlayıb. Belə ki, mənbənin məlumatına görə, katalon məşqçi "City"də il ərzində 22 milyon avro məvacib alacaq. Onunla uzunmüddətli müqavilə imzalanacağı gözlənilir.