Cənubi Afrika Respublikasında futbol matçı zamanı azarkeş güllələnib.İnsident Port-Elizabetdəki "Nelson Mandela Bey" stadionunda ölkə çempionatının 30-cu turunun "Çippa Yunayted" - "Kayzer Çifs" matçından sonra baş verib.
Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0. Bununla da "Kayzer Çifs" çempionluğunu təmin edib. Final fitindən sonra stadiona minlərlə azarkeş soxulub. Onlardan biri polis zabitinin tapançasını əlindən almaq istəyib. Lakin bu zaman onun özü güllələnib.