"Neftçi İdman Klubu"nun cüdoçuları Azərbaycana "Böyük Dəbilqə"də birinci yeri qazandırdı

00:45 11 May 2015

Sərhədçi İdman Olimpiya Kompleksində keçirilən cüdo üzrə "Bakı-2015 Böyük Dəbilqə" turniri başa çatıb. Yarışların son günündə Azərbaycan cüdoçusu, "Neftçi İdman Klubu"nun üzvü Elmar Qasımov yalnız final qarşılaşmasında məğlub olaraq gümüş medal qazanıb. Beləlikə Azərbaycan mötəbər turnirdə 2 qızıl və 1 gümüş medalla komanda hesabında birinci yeri tutub. Yığma komandamız ümumi hesabda Rumıniya və Rusiya cüdoçularını qabaqlayıb. 
Qeyd edək ki, Azərbaycan millisinə hər üç medalı "Neftçi İdman Klubu"nun üzvləri qazandırıblar. "Böyük Dəbilqə"də qızıl medala Nicat Şıxəlizadə və Rüstəm Orucov sahib olub. Məhz "Neftçi İdman Klubu"nun yetirmələrinin səyi və ustalığı sayəsində Azərbaycan beynəlxalq yarışda birinci yeri tutub.


Digər xəbərlər

Xəbər xətti