- Biz müvafiq sənədləri toplayıb, sözügedən komissiyaya təqdim etmişdik. Sadəcə, hüquqi meyarda və maliyyə məsələlərində çatışmayan sənədlər var idi. Bu sənədlərlə bağlı bizdə yubanma olub. İndi yaxın 10 gün ərzində bizim vaxtımız var ki, apelliyasiya şikayəti verək. Bu müddət ərzində müvafiq sənədləri almağa çalışacağıq. Düşünürəm ki, bu müddət ərzində klubun prezidenti Hafiz Məmmədovla danışıb, müəyyən addımları atmalıyıq.
- Yəni, şikayət etmək fikrindəsiz?
- Bu, şikayət deyil. Sadəcə, qayda belədi ki, apelliyasiya müraciəti edə bilərik. Burada idman prinsipləri də var. Nəzərə alaq ki, biz hazırda turnir cədvəlində 9-cu pillədəyik. Buna görə də reklamentə uyğun davranmalıyıq. İcraiyyə Komitəsinin sonuncu iclasında da qərar qəbul olunmuşdu ki, 9-cu pilləni tutan elita ilə vidalaşacaq. Buna görə də vəziyyət bir az fərqlidi. Ancaq nə etməli? Bu, bizim taleyimizdi.
- “Bakı” tələb olunan meyarlardan ikisində problem yaşayır...
- Bəli. Bunlardan biri bank zəmanəti ilə bağlıdı. Eyni zamanda vergi borclarının, əməkdaşlarımıza maaş borclarımızın və s. olmaması barədə də sənəd təqdim edə bilməmişik. Qısa zaman ərzində mütləq bu problemləri yoluna qoymalıyıq.
- Ötən illərdə dəfələrlə belə problem ortaya çıxıb, amma AFFA klublara göz yumub. Bəlkə də indi elitada çıxış edən bir çox klubların bank zəmanəti yoxdu, eləcə də sənədlərində digər çatışmazlıqlar olmasına rəzmən, lisenziya ala biliblər. Siz də güzəştə ümid edirsiz?
- AFFA onsuz da bizə lazımi dəstəyi verir. Amma bu məsələlərdə güzəşt gözləməyə dəyməz. UEFA indi lisenziya məsələlərində olduqca həssasdı. Hətta sırf bu məsələlərə ciddi nəzarət etmək xüsusi adam ayırıb, nəzarəti gücləndirib. AFFA bizə güzəşt etsə, sabah UEFA sənədləri yoxlayıb qanunsuzluq aşkar etdikdə bunun nəticələri daha pis ola bilər. Ona görə də yeganə çıxış yolu problemləri həll etməkdi.
- İş burasındadı ki, bu məsələdə təkcə idman prinsipləri əsas rol oynamır. Nəzərə alaq ki, elitaya vəsiqə qazanan "Neftçala"ya da Premyer Liqada iştirak etmək üçün lisenziya verilmədi...
- Burada da lisenziya məsələsi ortaya çıxıb. Buna görə mən iki halı sizin nəzərinizə çatdırdım - birincisi lisenziyalaşma, digəri isə idman prinsipləri. Bizim hər ikisində çətinliyimiz var. Biz də 10 gün ərzində lazımı sənədləri toplamağa çalışacağıq. Ümid sonda ölür. Buna görə də məsələni diqqətdə saxlayacağıq.
- "Bakı"nın bu aqibətlə üzləşməsinə görə üzülənlər çoxdu. Maraqlıdı, klub prezidenti Hafiz Məmmədovla bu barədə söhbətiniz oldumu?
- Xeyr. Hafiz müəllimlə görüşməmişəm. Yəqin ki, bu barədə söhbətimiz olacaq. Bildiyiniz kimi, bu gün (ötən gün) qeyri-iş günüdü. Görüşə qədər də müvafiq sənədləri qaydasına salmalıyıq.
- Bizdə olan məlumata görə, lisenziya verilməməsin səbəblərindən biri də vaxtı ilə "Bakı"da çıxış etmiş futbolçuların kütləvi şəkildə FİFA-ya şikayət etməsi olub. Ali qurum da futbolçuların lehinə qərar qəbul edib.
- Bu haqda heç nə deyə bilmərəm. Bu məsələnin lisenziyalaşmaya aidiyyatı yoxdu. Hazırda söhbət çatışmayan sənədlərdən gedir.
- Maraqlıdı, komanda 1-ci diviziona yuvarlansa, yenə "Bakı"da fəaliyyət göstərəcəksiz, yoxsa başqa yerdə çalışacaqsız?
- "Bakı"nın loqosuna diqqət etsəz, orda 1997-ci il yazılıb. Yəni, klub yaranandan burdayam. Biz bu çətinliyi yaşamalıyıq. Bu çətinlikdə biz dost və düşmənlərimizi tanıdıq. Həyat bizə gözəl dərs verdi. Bundan da dərs çıxarmalıyıq. Artıq bizi sevənləri və sevməyənləri bilirik. Özlərini dost kimi təqdim edənlər düşmənə çevrildiyi halda, düşmən kimi olanlar indi dostlarımızdı.
- Hansı daha çoxdu - dostlarınız, ya düşmənləriniz?
- Məlum oldu ki, dostlarımız daha çoxdu. Ancaq işimizin irəli getməsini istəməyənlər də kifayət qədərdi.
- Bu gün "Bakı" üçün fədakarlıq edə biləcək neçə nəfər var?
- Kifayət qədər var. Çətin günümüzdə "Bakı"nın yanında olanları bilirik. Kimlərin olmadığını da yaxşı dərk edirik.
- Ötən mövsüm "Rəvan" elitadan aşağı liqaya yuvarlananda bir sıra futbolçu ilə problem yaşamışdı. Təbii ki, oyunçular 1-ci divizionda iştirak etmək istəmirdi. "Bakı"da çıxış edən futbolçuların da belə addım atacağı istisna deyil. Bu məsələlər necə həll olunacaq?
- Düzdü. Amma bir nümunə var: "Yuventus" A Seriyasını tərk edəndə ona sadiqlər komandada qaldı, digərləri getdi. Biz isə burda vəziyyətin necə olacağını hələ bilmirik. Qoy mövsüm başa çatsın, bu məsələlərə aydınlıq gətirək. Ondan sonra kimlərin qalıb-getməsi ilə bağlı müzakirə olacaq.
- Məsələyə daha real yanaşsaq, kluba lisenziya verilə bilərmi?
- Hər şey mümkündü. Bunun üçün müəyyən məsələlər həll olunmalıdı. Nəzərə alaq ki, bir ölümə çarə yoxdu.
- Məsələ burasındadı ki, Lisenziya Komissiyası klubların hazır olmadığı üçün onlara mayın 15-nə qədər vaxt vermişdi. Niyə qərarlar açıqlandı?
- Bunun səbəbini mən də bilmirəm. Mənə zəng edib, dedilər ki, səhər iclasdı.
- İctimaiyyətdə belə bir fikir formalaşıb ki, Yaşar Seyidov "Bakı"nı ayaqda saxlamaq üçün AFFA-nın baş katibi Elxan Məmmədovla dostluq münasibətləri qurur. Bu fikirə münasibətiniz necədi?
- Elxan müəllim AFFA-nın baş katibidi və ölkədə futbolun siyasətini aparan şəxsdi. Məmmədovla bizim futbolla bağlı fikirlərimiz üst-üstə düşür. Ölkədə futbolun inkişafı üçün əlindən gələni edir. Sözsüz ki, biz də belə insanları dəstəkləməliyik. Futbolun inkişafını istəyənlərlə Seyidov bir yerdə olmalıdı. Bunu bəzi adamlar səhv başa düşürsə, bu barədə nəsə deyə bilmərəm.
- Nəvaxtsa fikirləşərdinizmi, "Bakı" belə vəziyyətə düşəcək?
- Birinci dövrədədən sonra hiss edirdim ki, müəyyən çətinliklərimiz olacaq. Ancaq heç vaxt ağlıma gəlməzdi ki, "Bakı" Premyer Liqanı tərk edəcək. Ancaq görürsən ki, ağlına gəlməyən həyatda başına gəlir. Ancaq bunu faciə kimi qəbul etmək olmaz.
- Həmin şəxslərin adını yenə çəkməyəcəm. FİFA-dan açıqlama gələndə həmin futbolçuların arxasında olan menecerlərin kim olduğunu siz də biləcəksiz. Hər şeyi zamanın öhdəsinə buraxıram. Amma siz jurnalistlər o futbolçuları bura kimlərin gətirdiyini görəcəksiz. "Bakı"ya lisenziya verilməməsinin səbəbləri üzə çıxacaq.
- Yəni FİFA məsələsini təsdiqləyirsiz də...
- Gəl tələsməyək. 10 gündən sonra bu məsələyə bir də qayıdarıq.
- Bizdə olan məlumat odu ki, futbolçularla yaşadığı problemlərə görə FİFA "Bakı"nın birinci diviziona göndərilməsi ilə bağlı qərar qəbul edib.
- Şər deməsən, xeyir gəlməz. Məsələ müsbət həllini tapmasa, bu, Seyidovun həyatda üzüləcəyi neçənci hadisə olacaq?
- Ümumiyyətlə, son vaxtlar mən bu klubda çox üzüldüm. Çox işlərə məyus oldum. Biz burda çox adamları da tanıdıq. Ancaq burda idman prinsipləri də var. Biz bu il zəif çıxış etdiyimiz üçün elitanı tərk edirik. Birinci divizionda oynamaq faciə deyil ki.
- Faciə olan elitadan yuvarlanan klubun bir daha geri qayıtmamasıdı...
- Bu boyda strukturu olan "Bakı" komandası fərqlidi. Akademiyamızda kifayət qədər uşaq var ki, komandanı kifayət qədər yüksəklərə daşıya bilər. Biz öz futbolçularımıza arxayınıq. İnanırıq ki, onlar komandanın yenidən elitaya qayıtması üçün çox çalışacaqlar. Digər klublardan fərqimiz çoxdu.
- AZAL-ın "Bakı"nın 3 futbolçusuna göz dikdiyi də məlum oldu. Şüvəlan təmsilçisindən rəsmi təklif varmı?
- Son olaraq nə demək istərdiz?
- "Bakı"nı bu gündə dəstəkləyən, onun çempionatda oynamasını istəyən hər kəsə sizin sayt vasitəsi ilə öz təşəkkürümü bildirirəm. Fərq qoymadan bütün KİV əməkdaşlarına çox sağ ol deyirəm. Məyus oluram ki, komandanın birinci diviziona düşməsinə görə üzülənlər var. Onlar da bizi bağışlasın. Ancaq çalışacağıq ki, qısa müddət ərzində sənədləri qaydasına salaq. Ki, elitada çıxış edə bilək. Olmasa da, idman prinsiplərinə əməl etməliyik.futbolinfo.az