33-cü tur: Sxadadze “İnter”in ən məhsuldar oyunçusu oldu

12:11 11 May 2015

Baçana Sxadadze “İnter”in heyətində yubiley qolunu vurub. Topaz Premyer Liqasının 33-cü turunun “Neftçi” ilə qarşılaşmasında (4:0) hesabı açan gürcüstanlı hücumçu komandasının heyətində çempionat matçlarında 30-cu dəfə fərqlənib. Oyunun gedişində ikinci dəfə fərqlənib, dublunu rəsmiləşdirən Sxadadze qol hesabını 31-ə çatdırıb. O, buna 114 matçda nail olub. 2010/11 mövsümündə debüt etdiyi komandada ilk qolunu növbəti çempionatda vuran hücumçu 2011/12 mövsümündə 7, 2012/13 mövsümündə 8, ötən çempionat 10 dəfə rəqib qapılarına yol tapıb. Cari mövsümdə isə Sxadadze 6 qola imza atıb.

 

Baçana “İnter”in tarixində Premyer Liqada ən məhsuldar oyunçudur. Valter Quqlemon 28, Xaqani Məmmədov 22, Elşən Məmmədov 21 dəfə fərqlənib.

Qeyd edək ki, əvvəllər “Simurq”da da oynayan Sxadadze ümumilikdə Premyer Liqada 127 qarşılaşmada 36 qol vurub.


Digər xəbərlər

Xəbər xətti