Türkiyənin tanınmış futbol şərhçisi Güntəkin Onay canlı yayımda üsyan edib.
SportArena.az xəbər verir ki, futbol şərhçisi "Beşiktaş" - "Qaziantepspor" matçının hakimini topa tutub. "Beşiktaş"ın evində heç-heçə etməsində hakimi günahlandıran şərhçi sözlərinə belə davam edib:
"Hakimin pis niyyətli olduğunu düşünürəm. Xüsusilə "Qaziantepspor" forması geyən Kamara topla hərəkət edərkən davam qərarı verən yan hakim Əkrəm Kan böyük səhv etdi. Hakim gözü qarşısında xətti keçən topu görüb oyunu davam etdirdi. Məncə bu məsum bir səhv deyil", - deyə G.Onay söyləyib.
Qeyd edək ki, "Beşiktaş" - "Qaziantepspor" matçı 1:1 hesabı ilə başa çatıb. Bu oyunda ev sahibi klub xal itirərək birinciliyi "Qalatasaray"a verib. "Qara qartallar" topladığı 65 xalla turnirdə 1-cilikdən 3-cü pilləyə geriləyib.