PRO lisenziyasını almaq üçün Ukraynaya gedəcək Elbrus Məmmədov burada futbolçu axtarışına da çıxacaq.
SportArena.az-a danışan çalışdırıcı məsələ haqqında bunları dedi:
"Ukraynadan futbolçu tapmağımı rəhbərlikdən göstəriş almamışam, amma özüm bu işlərlə məşğul ola bilərə. Mən Ukraynada bir-neçə klubda olacağam ki, ola bilsin hansısa futbolçunu bəyənib "Xəzər Lənkəran"a dəvət edim".
Cavid ƏHMƏDOĞLU