Xəbər verdiyimiz kimi, "Neftçala" komandası lisenziya almaq üçün bütün çatışmamazlıqları aradan qaldırmağa başlayıb. Lisenziya almağı qarşısına məqsəd qoyan klub nümayəndələri bir-neçə gündür ki, son gücünə qədər çalışırlar.
SportArena.az olaraq, "Neftçala"nın baş məşqçisi Kamal Quliyevlə əlaqə saxlayıb, vəziyyətin nə yerdə olduğunu soruşduq:
"Klub rəhbərliyi səviyyəsində müraciət etmişik. Bizim məsələyə yəqin ki, yenidən baxılacaq və xeyrimizə qərar veriləcək. Bəzi çatışmamazlıqlar var idi ki, onları da aradan qaldırmışıq. Düşünürəm ki, AFFA bizə Premyer Liqada çıxış etməkçün lisenziya verəcək. Biz bu mövsüm çox çalışdıq və haqlı olaraq qalib oldur. Futbolçularımızın zəhmətini yerə vurmaq olmaz. Məncə. AFFA bunları nəzərə alıb, bizə lisenziya verəcək".
Cavid ƏHMƏDOĞLU