Xəbər verdiyimiz kimi, "Xəzər Lənkəran"ın gənc qapışısı Orxan Sadıqlı "Sumqayıt"ın maraq dairəsinə düşüb. Sumqayıtlıların baş meneceri Ceyhun Sultanov məlumatı təsdiqləməsə də, biz Sadıqlı ilə əlaqə saxlamağı qərara aldıq.
Qapıçının məsələyə münasibəti belə oldu:
"Hələ "Xəzər Lənkəran"dayam və bu komandanın uğurları üçün çalışıram. Çempionat davam edir, indiki halda hansısa klubla danışıq aparmağım düzgün olmaz. Amma mən "Xəzər Lənkəran"da birinci qapıçı olmaq üçün çalışıram. Əgər bilsəm ki, vaxtmı ehtiyyatda keçircəyəm, o zaman Lənkəran klubundan ayrılacağam. Mən elə yaşdayam ki, meydanda olmalıyam. Yəni ki, vaxtımı ehtiyyatda keçirə bilmərəm".
Cavid ƏHMƏDOĞLU