"Xəzər Lənkəran"ın Orxanı niyə meydana çıxmır? Qapıçı SportArena.Az-a danışdı

21:06 11 May 2015

Son vaxtlar "Xəzər Lənkəran"ın əsas heyətinə düşməsində çətinliklə üzləşən Orxan Sadıqlı çərçivəni demək olar kı, Tomiçə birdəfəlik verib. Belə ki, əksər matçlarda qapının Tomiçə həvalə edilməsi, Lənkəran klubunda qapıçılar arasında böyük rəqabətin olduğundan xəbər verir.

 

 

SportArena.az olaraq, "Xəzər Lənkəran"ın qapıçısı Orxan Sadıqlı ilə əlaqə saxlayıb, məsələyə münasibətini öyrəndik:

 

"Mən öz məşqimi tam məsuliyyətlə edib, məşqçinin şans verməsini gözləyirəm. Rəqabətdə də digər qapıçılara heç də uduzmuram. Əksinə olara, Tomiç və Tərlandan daha çox məşq etməyə çalışıram. Baş məşqçinin fikrinə hörmətlə yanaşıram və bildirmək istəyirəm ki, meydana çıxmağa tam olaraq hazıram. Heç bir problemim yoxdur".

Cavid ƏHMƏDOĞLU


Digər xəbərlər

Xəbər xətti