"Qəbələ" məşqlərə başladı: Dodo və Ruslan Əmircanov iştirak etmədi

23:06 11 May 2015

Azərbaycan Premyer Liqasının 34-cü turunda mayın 16-da “İnter”lə qarşılaşacaq “Qəbələ” matçın hazırlıqlarına başlayıb.

 

 

SportArena.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “Sumqayıt”la mayın 8-də səfərdə keçirilən 33-cü turun oyununun (2:0) ertəsi gün Bakıda məşq keçib, bir gün istirahətə buraxılan “qırmızı-qaralar” çalışmalarını bərpa edib.

Bu gün Qəbələ şəhər stadionunda bir araya gələn komanda əvvəl fiziki hazırlıq keçib, ardınca toplu çalışmalara üstünlük verib. Bir müddət komanda ilə məşq keçməyib, “Sumqayıt”la oyunu buraxan Cavid Hüseynov da məşqə qatılıb. Hazırlıqlarda fizioterapiya kursu keçən Dodo və zədə səbəbindən müalicə olunan Ruslan Əmircanov iştirak etməyib. Roman Qriqorçukun komandası matça qədər hazırlıqlarını Qəbələdə davam etdirəcək.

Qeyd edək ki, "Qəbələ" - "İnter" oyunu mayın 16-da keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti