"Neftçi"dən acı etiraf: "Onlar özlərini oyunda və məşqdə professional səviyyədə aparmırlar"

00:13 12 May 2015

"Neftçi"nin idman direktoru Vəli Qasımov "Neftçi"nin son uğursuzluqlarını şərh edərkən, maraqlı fikirlər səsləndirib.

 

SportArena.az xəbər verir ki, klub rəsmisi bunları danışıb:

 

"İlk olaraq, Çingiz müəllimə təşəkkürümü bildirirəm ki, mənə bu vəzifəni etibar etdi. İndi mənim məqsədim budur ki, "Neftçi"ni Avropa səviyyəli komanda edim. Mən də çalışıram ki, əlimdən gələni edim ki, məqsədimizə çataq.

Çox şey var komandada. Bəzi futbolçular var ki, onlar özlərini oyunda və məşqdə professional səviyyədə aparmırlar. Yəni ki, professional futbolçuya yaraşmayan hərəkətlət olur. Buna görə də gördük ki, komanda da vəiyyət biraz ağırdır. Eyni zamanda baxsan ki, "İnter" üç aydır maaş alımır, bizdə isə maaş ve mükafat yenicə verilib. Amma yenə də anlamaq olmur ki, niyə belə uduzduq".

Cavid ƏHMƏDOĞLU


Digər xəbərlər

Xəbər xətti