XXXIV tur hazırlığı: "Xəzər Lənkəran" fərqli stadionda məşq etdi

00:34 12 May 2015

 
 
Premyer Liqanın XXXIV turu çərçivəsində, may ayının 16-da AZAL klubunu qəbul edəcək “Xəzər Lənkəran” doğma şəhərdə bir araya gəlib.
 
 
 
SportArena.az xəbər verir ki, mayın 11-də günün ikinci yarısında toplanan komanda saat 17:00-da məşqə başlayıb. Komanda bu dəfə məşqlərini keçirməyə alışdığı ehtiyat meydançada deyil, kiçik ölçülü ikinci yardımçı meydançada hazırlaşıb. Buna səbəb isə birinci ehtiyat meydançada yeni toxum səpimi işlərinin aparılmasıdır. Beləliklə, 17:00-da başlayan hazırlıq prossesi bir saata qədər davam edib. Əvvəlcə 15-dəqiqəlik isinmə hərəkətləri, daha sonra kvadratlarda bir toxunuşlu ötürmələrlə çalışan futbolçular sonda tennis-bol oynayıblar.
 
Qeyd edək k, zədəsini qismən sağaldan İlyas Səfərzadə komandadan ayrıca məşq edib, gənc futbolçu yüngül qaçışla kifayətlənib. Onu da əlavə edək ki, AZAL-la oyuna qədər komandamız hər gün saat 17:00-dan başlayaraq saatyarım və daha çox müddətə məşq edəcək.12cioyuncu.info


Digər xəbərlər

Xəbər xətti