"Bavariya"nın çalışdırıcısı Xosep Qvardiola gələn mövsümdən "Mançester Siti"ni çalışdıracağıyla bağlı yayılan xəbərlərə münasibətini bildirib.
SportArena.az xəbər verir ki, "Barselona" ilə Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunundan öncə mətbuat konfransı təşkil edən ispan çalışdırıcı əvvəllər olduğu kimi yenə bu xəbərləri təkzib edib:
"Daha öncə də 200 milyon dəfə demişəm, yenə təkrarlayıram - "Bavariya"dan getmirəm. Klubumla gələn mövsümün sonuna kimi müqaviləm var və bu müddətdə "Bavariya"dan ayrılmağı düşünmürəm".
"Bein Sports" telekanlı Qvardiolanın artıq "Mançester Siti"ylə tam anlaşdığını və ispan məşqçinin gələn mövsümdən "şəhərlilər"i çalışdıracağı xəbərini yaymışdı. Telekanal hətta ispan çalışdırıcının illik qazancı barədə də məlumat vermişdi - 22 milyon avro.