Premyer Liqanın qarşıdakı turunda "Bakı"nı qəbul edəcək "Simurq"da durum ağır olaraq, qalır. Son günlər yayılan xəbərlərə görə, Zaqatala komandasının futbolçuları "Bakı" ilə oyunda meydana çıxmayacaqlar.
SportArena.az olaraq, "Simurq"un mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyevlə əlaqə saxladıq. Klub rəsmisi yayılan xəbərə belə şərh verdi:
"Bu məlumat həqiqəti əks etdirmir. Komandamız Zaqatalada məşq edir və "Bakı" ilə oyuna hazırlaşır. Əgər oynamayacaqlarsa, onda niyə məşq edirlər ki? Biz "Bakı" ilə oyunda meydana qələbə üçün çıxacağıq".