"Şahdağ" I Diviziondakı rəqibi "Neftçala"nı təbrik edib.
SportArena.az xəbər verir ki, Qusar təmsilçisinin mətbuat xidmətinin rəhbəri Rustəm Əzimov klubun rəsmi səhifəsi vasitəsilə fikirlərini çatdırıb:
"Məlum olduğu kimi, “Neftçala” Futbol Klubu vaxtından əvvəl Futbol üzrə Azərbaycan I divizionunda 2014/2015-ci il mövsümünün çempion oldu.
Mövsüm boyunca baxımlı oyun sərgiləyən “Neftçala” Futbol Klubu hücum futbolu oynamaqla azarkeşlərin sevgisini və rəğbətini qazanıb.
“Şahdağ” klubunun bütün heyəti və şəxsən Prezident Ərəstun Niftiyev adından çempion olmağınız münasibətilə Prezident Famil Səfiyevli başda olmaqla “Neftçala” klubunu təbrik edir, gələcək failiyyətinizdə uğurlar və daha böyük qələbələr arzu edirik.
İnanırıq ki, “Neftçala” klubu bundan sonra da qazandığı uğurlarla bizi sevindirəcək və Azərbaycan futbolunun unkişafına öz töhfəsini verəcək".