VİDEO Regionda futbol

14:13 12 May 2015

Azərbaycan birinci divizionunda 27-ci tura start verilib.

 

SportArena.Az-ın Region TV-yə istinadən yaydığı xəbərə görə, turun ən maraqlı qarşılaşmalarından biri Mingəçevir şəhərində baş tutub. Yaşar Məmmədzadə adına stadionda "Energetik" "Ağsu" ilə qarşılaşıb.

Oyunun əvvəllində penalti vurmaq şansı qazanan "Mingəçevir" bu şansı dəyərləndirə bilməyib. Əvəzində qonaqlar 32-ci dəqiqədə hesabı açıblar. Elnur Soltanlı cərimə zərbəsindən gözəl qol vurub.

Fasilədən sonra Ağsulu futbolçular rəqib komandanın qapısından daha bir qol keçiriblər. Bu da oyunda vurulan son qol olmayıb. Görüşdə yekun nəticəni "Ağsu"lu Salman İbrahimov müəyyənləşdirib: 0:3.

Bu qələbədən sonra "Ağsu" xallarının sayını 50-yə yüksəldib və çempionatda 3-cü pilləyə qalxıb. "Energetik" isə bu məğlubiyyətdən sonra 15 xalla 14-cü pillədə qərar tutur.


Digər xəbərlər

Xəbər xətti