Mayın 15-24-də Qəbələdə ikinci dəfə ulu Öndər Heydər Əliyevin adına stend atıcılığı üzrə ənənəvi Beynəlxalq Qran-Pri yarışları təşkil olunacaq.
SportArena.az xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq Qran-Pri yarışları Azərbaycan Atıcılıq Federasiyası və “Qəbələ” İdman Klubunun təşkilatçılığı, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçiriləcək.
Yarışlarda İngiltərə, İtaliya, İran, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Rusiya, Gürcüstan, Finlandiya, Türkiyə, Kipr, ABŞ, Macarıstan, Ukrayna, Belarus, Avstraliya yığma komandalarının nümayəndələri iştirak edəcəklər.