PFL Röyaya görə "Xəzər Lənkəran"a ağız açdı

15:06 12 May 2015

Ölkə kubokunun finalı iyunun 3-ü Qəbələdə baş tutacaq. Hər il təmtaraqla qeyd olun tədbirdə bir sıra məşhur müğənnilər öz mahnılarını ifa edirlər. Peşəkar Futbol Liqası bu  tanınmış müğənni Röyanın final öncəs baş tutacaq konsert proqramında çıxış etməsini istəsə də, "Xəzər Lənkəran" fanatı olan müğənni bu təlifi ilk olaraq rədd edib.
 
 
SportArena.az sportal-a istinadən xəbər verir ki, PFL rəsmiləri Röyanı razı salmq üçün "Xəzər Lənkəran" klubu ilə əlaqə saxlayıb və onların müğənnidən bu tədbirdə iştirak etməsi üçün xahiş edib. Cənub təmsilçisinin klub rəsmiləri Röya ilə əlaqə saxladıqdan sonra, müğənni Qəbələyə getməyə razı olub.
 
Qeyd edək ki, kubokun finalında "Qarabağ" və "Neftçi" komandaları üz-üzə gələcək.


Digər xəbərlər

Xəbər xətti