İnterAz telekanalında yayımlanan "Arena" verilişin qonağı olan "Neftçi"nin keçmiş vitse-prezidenti Tahir Süleymanov maraqlı fikirlər səsləndirib.
SportArena.az xəbər verir ki, Süleymanov "Neftçi"ni belə tənqid edib:
"Neftçi"nin MŞ danışanda, planları açıqlayanda yaxşı olar kı, birinci düşünsün, sonra danışsın. Çünki, boş-boş danışmaqla, iş bitmir. Gərək ortada iş də olsun. Deyirlər ki, "Neftçi" öz bazasından İsmət Qayıbova köçür. İsmət Qayıbovda otdan başqa heç nə yoxdur. Başa düşə bilmirəm ki, "Neftçi" "palatka şəhərciyinə" köçür? İlk olaraq, oranı təmir edib, bazaya oxşatmaq lazımdır ki, sonra baza kimi sitifadə olunsun da".
Cavid ƏHMƏDOĞLU