Son günlər bütün dünya “Barselona”nın ulduzu Lionel Messidən danışır. Meydanda xarüqələr yaradan argentinalı futbolçunun oyununa onun rəqibləri də heyran qalıb. Bəs “futbol tanrısı” adlandırlan bu cılız argentinalıya ruh verən kimdir? Onun ilham mənbəyi hardan qaynaqlanır?
Hər kəs bu suala “ailəsindən” cavabını verir. Messi Antonella Rokutso ilə lap uşaqlıqdan tanışdır. Onlar 2008-ci ildə ailə həyatı qurublar. 2012-ci ildə isə Tyaqo dünyaya gəlib. Cütlüyün bu payızda daha bir oğlu doğulacaq. Messi onun adını Benjamin qoyub. Ən yaxın dostu Serxio Aqueronun şərəfinə.