"Xəzər Lənkəran" məşqləri bərpa etdi:Sadio və İlyas isə...

22:19 12 May 2015

Azərbaycan Premyer Liqasının 33-cü turunda doğma meydanında lider  “ Qarabağ”la xalları yarı bölən “Xəzər Lənkəran”  dünəndən məşqlərini bərpa edib. 
 

 

SportArena.az xəbər verir ki, Lənkərandakı bazasında toplaşan komanda növbəti turun AZAL ilə qarşılaşması üçün hazırlığa start verib.

Hazırda yalnız Türkiyədə əməliyyat olunan Sadio Tounkara məşqlərdən tam olaraq kənarda qalsa da, gənc müdafiəçi İlyas Səfərzadə fərdi olaraq məşqlərini davam etdirir. May ayının 15-də əsas meydançada son matçöncəsi məşqini keçirəcək “Xəzər Lənkəran” bununla hazırlığını tamamlayıb oyun saatını gözləyəcək. 

Xatırladaq ki, 34-cü turun “Xəzər Lənkəran”- AZAL görüşü mayın 16-ı saat 18:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti