Millimizin çalışdırıcısı: "Sözümün üstündə dururam, "Neftçi"də millidə oynamağa layiq futbolçu yoxdur"

23:15 12 May 2015

"Mənim “Neftçi” klubu ilə heç bir problemim yoxdur"- SportArena.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki deyib.

 

Təcrübəli çalışdırıcı "Neftçi" haqqında danışarkən fikirlərini belə davam etdirib:

 

"Bu yaxınlarda bu klubun baş məşqçisi Arif Əsədov və idman direktoru Vəli Qasımovla da görüşüb səmimi söhbət etmişik. Bəli, Malta ilə oyuna bu klubdan heç kimi çağırmamışdım. İddia eləmirəm ki, düz eləmişəm. Amma həmin vaxt dediyim sözün üstündə dururam: bu gün “Neftçi”də millidə oynamağa layiq futbolçu yoxdur. Qarşıda hələ 3 çempionat oyunu var. Futbolçu da özünü meydançada göstərməlidir. Bu söüm tək “Neftçi”nin yox, bütün klubların futbolçularına aiddir. Kim milliyə layiq olduğunu sübut etsə dəvət alacaq".


Digər xəbərlər

Xəbər xətti