Çempionlar Liqası: "Barselona"nın veteran futbolçusundan rekord

12:06 13 May 2015

"Barselona"nın futbolçusu Xavyer Ernandes yeni rekorda imza atıb.

 

SportArena.az xəbər verir ki, Çempionlar Liqasının yarımfinal mərhələsində "Bavariya" ilə cavab görüşündə meydana çıxan futbolçu Avropanın ən nüfuzlu klub turnirində 150-ci oyununu keçirib. Bununla da Xavi bütün rəqiblərini geridə qoyub. İspan futbolçunun ən yaxın izləyicisi "Real"ın qapıçısı İker Kasilyasdır. O, 149 dəfə Avropanın yaşıl meydanlarına çıxıb.

 

35 yaşlı Xavi Çempionlar Liqasında ilk dəfə 1998-ci ildə "Old Trafford"da "Mançester Yunayted"ə qarşı forma geyinib.

 

Qeyd edək ki, Çempionlar Liqasının yarımfinal mərhələsində iki oyunun nəticəsinə əsasən "Barselona" "Bavariya"dan üstün olub. Kataloniyalıların finaldakı rəqibi bu axşam baş tutacaq "Real" - "Yuventus" matçından sonra məlum olacaq.


Digər xəbərlər

Xəbər xətti