VİDEO Moldovada da Misir Əbilov “var”

12:08 13 May 2015

Moldova çempionatının lideri “Daçiya”nın meneceri Adlan Şişxanov və futbolçusu Dmitri Çelyadkin cəzaya məruz qalıblar.

 

SportArena.az xəbər verir ki, onlar “Zimbru” azarkeşlərinə qarşı etdikləri nalayiq jestə görə cəzalanıblar. Kişinyov derbisində “Daçiya” qalib gəlmişdi - 1:0.

Bu qələbədən sonra çempionatın başa çatmasına iki tur qalmış “Daçiya” ən yaxın rəqibləri “Milsami” və “Şerif”i 3 xal qabaqlayır.

Moldova Futbol Federasiyası Şişxanovu 5 min lev, Çelyadkini isə 2 min lev cərimələyib. Onlar iki oyunluq dikvalifikasiyaya da məruz qalıblar.

Maraqlıdı ki, Şişxanov əvvəllər “Zimbru”da çalışıb. O, bu komandadan qalmaqallı şəkildə ayrılıb. Menecer oyundan sonra verdiyi açıqlamada “Zimbru”nu aşağılayıb:

“Biz onlara qalib gəldik. “Zimbru” avrokuboklarda oynamayacaq. Rəqib bizi heç nə ilə təəccübləndirmədi. Onlar ümumiyyətlə futbol oynaya bilmirlər. Bir daha onları görmək və eşitmək istəmirəm. Mən onları türmədən çıxardım, barələrində açılan cinayət işini bağlatdırdım. Bu klub mənim sayəmdə ilk üçlükdə qərarlaşırdı. Ümid edirəm ki, “Zimbru” bir də ilk üçlükdə olmayacaq”.komanda.az


Digər xəbərlər

Xəbər xətti