Xəbər verdiyimiz kimi "Kəpəz" növbəti mövsümdən Premyer Liqada çıxış edəcək.
SportArena.az xəbər verir ki, Gəncə klubunda yeni mövsümdən bir-sıra dəyişiliklər olacaq ki, bunlardan birincisi baş məşqçi vəzifəsidir. Belə ki, hal-hazırda "Kəpəz"in prezidenti olan Mehman Allahverdiyev yeni mövsümdən komandanı çalışdıracaq. Hələlik sponsor məsələləri ilə məşğul olduğuna görə, baş məşqçi məsələsini sonraya saxlayan AFFA və Mehman Allahverdiyev, qarşıdakı günlərdə bu barədə ictimaiyyətə məlumat verəcək.
Qeyd edək ki, hazırkı baş məşqçi Vidadi Rzayev isə Mehman Allahverdiyevə köməkçi və ya klubda rəsmi vəzifə tuta bilər.