“Xəzər Lənkəran”ın 2015/16 mövsümünə hazırlıq planı müəyyənləşib. SportArena.az xəbər verir ki, cənub təmsilçisi yay fasiləsində Türkiyədə hazırlıq keçəcək.
“Ağ-yaşıllar” Azərbaycan klubları üçün ənənəvi hazırlıq məkanına çevrilən Antalyaya deyil, Nevşehirə yollanacaq. “Xəzər Lənkəran” bu bölgəyə daxil olan məşhur Kapadokyada hazırlıq keçəcək.
Əyalət təmsilçisi Türkiyəyə iyunun sonlarında yollanmağı planlaşdırır. 20-25 gün davam edəcək təlim-məşq dövründə yoxlama oyunlarının keçirilməsi də nəzərdə tutulub. “Ağ-yaşıllar” hazırlıq prosesi dövründə bir neçə futbolçunu baxışa dəvət edib, sınamaq niyyətindədi.
Qeyd edək ki, Kapadokya Türkiyənin zəngin tarixə malik bölgəsidi. Bu yer 60 milyon il əvvəl vulkanın püskürməsi sayəsində yaranıb. Kapadokyanın daxil olduğu Nevşehirin təmsilçiləri aşağı liqalarda çıxış etsə də, Kayseri, Aksaray, Kirşehir və Nigde ilə yaxındı.apasport