VİDEO Zirvə Oyunlarda ağır atletika və bədii gimnastika yarışları keçirilib

16:50 13 May 2015

Ümummilli lider, mərhum prezident Heydər Əliyevin anadan olmasının ildönümünün təntənəli qeyd edilməsi məqsədilə yeniyetmələr arasında 3-cü “Zirvə Oyunları” keçirilir. “Zirvə” Beynəlxalq İdman Klubunun nəzdində müxtəlif idman növləriylə məşğul olan idmançılarımızın qatılacağı bu yarış ənənəvi xarakter daşıyır. Bir neçə ildir mütəmadi keçirilən Oyunlar həmçinin Azərbaycan birinciliklərində cıxış etmək ücün heyətlərin komplektləşdırılməsı, bu idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlagələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması, təkmilləşdirilməsi və yarış vərdişlərinin mükəmməlləşdirilməsi məqsədi güdür.

Yarışlar həmişə olduğu kimi dörd idman növü üzrə ağır atletika, bədii gimnastika, cüdo və futbol – keciriləçəkdir. Artıq bədii gimnastika və ağır atletika yarışları arxada qalıb. Bu yarışlardan hazırladığımız süjetləri sizə təqdim edirik:


Digər xəbərlər

Xəbər xətti