"Qalatasaray"ın mövsümün əvvəlində "Napoli"dən transef etdiyi Qoran Pandev İtaliyaya qayıdır.
SportArena.az xəbər verir ki, "cim-bom"la müqaviləsi mövsümün sonunda başa çatacaq makedoniyalı futbolçunun bu dəfə başqa italyan klubuna - "Cenoa"ya üz tutacağı deyilir. O, artıq Genuya klubunda tibbi baxışdan da keçib.
Pandev "Cenoa" ilə anlaşsa, mövsüm sonunda müqaviləsi bitəcəyindən, "Qalatasaray"a pul qazandırmayacaq.
Makedoniyalı forvard Superliqada cəmi 3 oyunda meydana çıxıb. Türkiyə kubokunda isə Qoranın hesabında 9 oyun, 7 qol və 2 məhsuldar ötürmə var.