Türkiyə Futbol Federasiyası ölkə futbolu üçün xüsusi xidmətləri olanların heykəlini qoyacaq.
Sportarena.az xəbər verir ki, bu siyahıda 6 məhşur türk futbolunun tarixinə düşmüş mütəxəssisin adı var. Belə ki, federasiya Şenol Günəş, Mustafa Dənizli, Fatih Tərim, Hakkı Yetən, Mətin Oktay və Lefter Küçükandonyadisin abidəsini düzəltdirmək üçün firmalardan təklif alıb. Lahiyə qarşıdakı günlərdə həyata keçirləcək və hazırlanması 3 ay çəkəcək. Günəş, Tərim və Dənizli Türkiyə milli komandasının baş məşqçisi, digərlərinin heykəli isə futbolçu kimi sərgilənəcək.
Qeyd edək ki, Mustafa Dənizli bir müddət "Xəzər Lənkəran"ı da çalışdırıb. 2013-cü ilin dekabrında Lənkəran təmsilçisi ilə müqavilə bağlayan təcrübəli mütəxəssis 2014-cü ilin mayında klubla yollarını ayırıb.