"Milan" "Sevilya"nın baş məşqçisi Unai Emeri ilə yaxından maraqlanır.
SportArena.az xəbər verir ki, "Rossonerilər"in rəhbərliyi ispan mütəxəssisi komandaya gətirmək üçün futbolçuların satışından 100 milyon avroya yaxın gəlir əldə etməyi planlaşdırır. İtaliyan klubu bu yolla Emerini onun istədiyi heyəti quracaqlarına inandırmaq niyyətindədi.
Robinyo, Naycel de Yonq, Maykl Esyen, Campaolo Patsini, Salli Muntari, Filipp Mekses və Boneranın satışı "Milan"ı 35 milyon avro məvacibə qənaet etməyə imkan yaradacaq. Həmçinin "qırmızı-qaralar"ın Aqatsi, Sapata, Rami və Albertatsi ilə də yollarını ayıracağı gözlənilir.