Xosep Qvardiola: "Lionel Messi Peleni xatırladır"

21:14 13 May 2015

Xosep Qvardiola matçdan sonrakı açıqlamasında katalon klubunun turniri qalib kimi başa vurmasını istədiyini bildirib.

 

SportArena.az xəbər verir ki, "Barcelona" UEFA Çempionlar Liqasının yarımfinalında "Bayern Munchen"i iki oyunun nəticəsinə görə məğlub edərək (5:3) turnirin finalına vəsiqə qazanıb.

Münhen klubunun baş məşqçisi Xosep Qvardiola matçdan sonrakı açıqlamasında katalon klubunun turniri qalib kimi başa vurmasını istədiyini bildirib.

 
"Oyunçularımı təbrik etmək istəyirəm. Belə komandaya məşqçilik etdiyimə görə xoşbəxtəm. Rəqibi də təbrik edirəm. Ümidvaram ki, "Barcelona" Berlində 5-ci ÇL kubokunu qazanacaq. Bizim problemlərimiz çox idi. Amma futbolçular bu mövsüm əllərindən gələni etdi. Luis Enrike yaxşı işlər görüb. Onların finalda "Juventus" və ya "Real"la qarşılaşmasından asılı olmayaraq, maraqlı oyun alınacaq. "Barcelona" hücum və müdafiədə yaxşıdır. Lionel Messi Peleni xatırladır. Bu komandanı yalnız topsuz qoysan, qalib gələ bilərsən. "Bavariya"nın çox çətinlikləri meydana çıxsa da, təslim olmayıb.Böyük komandalar bu günkü, yaxud Almaniya Kubokunun yarımfinalında "Borussia Dortmund"a qarşı məğlubiyyətdən sınmamalıdır. İstərdim ki, tam heyətlə oynayaq. Amma komandamın oyunundan razı qaldım".


Digər xəbərlər

Xəbər xətti