İDDİA Qənirə Paşayeva "Turan"ı Premyer Liqaya gətirir

10:15 14 May 2015

"Zirə" və "Kəpəz"ə lisenziya verilməsindən sonra daha bir klub “gün doğub”. Etibarlı mənbədən verilən  məlumata görə, "Turan Tovuz"a da "hazılaşın" tapşırığı verilib. 

 

Mənbə bunda Tovuzlu millət vəkili Qənirə Paşayevanın əməyini xüsususi vurğulayıb. Bu təşəbbüsü AFFA prezidenti Rövnəq Abdullayev də dəstəkləyib. Futbol rayonu olan Tovuzun elitadan kənarda qalması federasiya prezidentini də narahat etdiyindən o, Gəncə ilə yanaşı Tovuzu da yenidən elitada görmək istəyindədi. 

 

Artıq bu haqda kluba və rayon rəhbərliyinə məlumat verilib. Klubda işlər bu yöndə tənzimlənməyə başlayıb. Klubun lisenziya almaması üçün  yeganə çatışmazlıq maliyə ilə bağlı idi. Qeyd olunduğu kimi o da AFFA prezidentinin tapşırığı ilə aradan qalxmış olacaq. Böyük ehtimalla növbəti mövsümdən “Turan Tovuz”u da Premyer Liqada görəcəyik.fanat.az


Digər xəbərlər

Xəbər xətti